«Taleyin qəribə vərdişləri var» deyiblər. Bəzən imkan sızlığı var edən onlar və gövhələr olur. Ən çarəsiz bir durumda «yox» dan «var» yarana bilir. 1990-1993-cü illər belə illərdən idi. Həmin illər Azərbaycan xalqına müasir tarixində bəlkə də ən çarəsiz, ən çətin zaman kimi həkk olunub. Bəli, təqvimimizdə elə elə tarixi gün və bayramlar var ki, onlar Azərbaycan xalqının tabeliyində çox böyük əhəmiyyət kəsb edir. Belə günlərdən çox önəmli biri də tariximizdə qızıl hərflərlə yazılmış 15 iyun — Milli Qurtuluş günüdür. XX əsrin sonlarında yenidən müstəqillik qazanmış Azərbaycan onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı dövr edirdi. Bu böhran 1993-cü ili iyununda daha zirvəyə çatdı. Vətəndaş müharibəsi, qarşıdurma müstəqilliyimizə, zərbə vura bilərdi. Bəli, həmin illər Azərbaycanın yeni tarixində özbaşınalıq hərc-mərclik dövrü kimi xatırlanır və ölkədəki bu vantürüst ekspermentlər başqa ölkələrin də «dəyirmana su tökürdü». Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı işğalı, əhalinin ağırlaşan sosial durumu, ölkəni süquta sürükləyirdi. Xalqı düşmüş bu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyev ola bilərdi. Elə bunu düşünə bilən xalq da Heydər Əliyevin ətrafına sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində oldu. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın səsinə səs verərək Bakıya qayıtdı. Bu an ölkəmizin taleyində dönüş anı oldu, qurtuluşa doğru mühüm addım atıldı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və həmin gün təqvimimizə qırmızı hərflərlə “Milli Qurtuluş Günü” kimi yazıldı və xalq rəsmi bayram kimi qeyd edir. O gündən Azərbaycanın nüfuzu dünyada artdı, tanınmağa başladı. Ən əsas vətəndaş müharibəsinə yol verilmədi. Qədirbilən xalqımız böyül xilaskarın xidmətlərini unutmur və 15 iyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Hal-hazırda 44 günlük müharibənin nəticəsi olan qələbəmiz, zəfərimiz, prezident İlham Əliyevin azad olunmuş torpaqlara səfəri, ərazilərin yenidən bərpası dünya dövlətləri ilə, o cümlədən qardaş Türkiyə ilə çox geniş miqyaslı əməkdaşlıq siyasətinin davamıdır. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələcək hər bir şəxs ölkəmizdə gedən bu inkişafa heyran qalır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcəkdir. Azərbaycan xalqı inanmış və görmüşdür ki, onun arzuları hər zaman reallığa çevirlirmişdir.Rahile MEHDİYEVA,Xocalı rayon ziyalısı